Modern.az

Misirin vitse-prezidenti Mübarəki istefa verməyə çağırdı

Misirin vitse-prezidenti Mübarəki istefa verməyə çağırdı

Təhsil

31 Yanvar 2011, 16:09

Ömər Süleyman hakimiyyətin vərəsəlik yolu ilə ötürülməsi planından əl çəkməyi tələb edir

Misirin vitse-prezidenti Ömər Süleyman Hüsnü Mübarəki hakimiyyətdən əl çəkməyə çağırıb. Modern.az xəbər verir ki, bu barədə “Əş-Şuruk” qəzeti məlumat yayıb. Ömər Süleyman xalq narazılığını yalnız 82 yaşlı prezidentin vəzifəsindən əl çəkəcəyi təqdirdə yatırmağın mümkün olduğunu deyib.
Süleymanın fikrincə, münaqişənin qarşısının alınması üçün qısa müddətə beş mühüm addımı atmaq lazımdır:
hakimiyyətin vərəsəlik yolu ilə ötürülməsi planından əl çəkməli,
Qamal Mübarək bütün dövlət strukturlarından uzaqlaşdırmalı,
yeni hökümətə biznes nümayəndələrinin daxil etməmək,
konstitutsiya islahatları aparmaq,
hakim Milli Demokrat partiyasında ciddi kadr dəyişiklyi aparmaq. 

Ö.Süleyman bunun yekunu kimi Mübarəkin hakimiyyətdən imtina etməsini vacib sayıb. Qeyd edək ki, Ö.Süleyman Misir kəşfiyyatının sabiq rəhbəridir və Hüsnü Mübarək onu iki gün öncə 30 il boş qalan vitse-prezident postuna təyin edib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir