Modern.az

Kürdəmirdə ağır qəza:  2 ölü, 3 yaralı

Kürdəmirdə ağır qəza:  2 ölü, 3 yaralı

5 Avqust 2016, 16:48


Fövqəladə Hallar Nazirliyi Kürdəmir rayonu, Xırdapay kəndində baş verən ağır yol qəzası barədə məlumat yayıb. Modern.az nazirliyə istinadən xəbər verir ki, bu gün “KİA” markalı minik avtomobilinin “VAZ” markalı minik avtomobili ilə toqquşması nəticəsində iki nəfər ölüb. Qəzada “KİA” markalı avtomobilin sürücüsü 1981-ci il təvəllüdlü Ələkbərov Əli Əsəd oğlu və 1983-cü il təvəllüdlü Salahova Leyla Yunus qızı ağır bədən xəsarətlərindən hadisə yerində ölüblər, 2 nəfər sərnişin xəsarət alıb.
“VAZ” markalı minik avtomobilinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Cəsədlər və yaralılar yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir