Modern.az

"Medvedevin taleyi parlament seçkilərindən asılıdır"

"Medvedevin taleyi parlament seçkilərindən asılıdır"

5 Avqust 2016, 17:21

Dmitri Medvedevin baş nazir postunu qoruya bilməsi “Vahid Rusiya” partiyasının parlament seçkilərində əldə edəcəyi nəticədən asılıdır.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu, Siyasi Texnologiyalar Mərkəzinin prezidenti İqor Buninin ehtimalıdır.

Politoloq bəyan edib ki, uğur onun hökumət başçısı kürsüsündə oturmaq müddətini uzadacaq, uğursuzluq, bu müddəti bitirəcək. “Vahid Rusiya”nın çox aşağı nəticə əldə etməsi, tutaq ki, 40 faiz, Dmitri Medvedevin çox güman ki, istefasını istisna etmir. Əgər “Vahid Rusiya” az-çox normal nəticə əldə edərsə, əgər o baş verərsə, Medvedevin istefası prezident seçkiləri ərəfəsi, yaxud sonrası baş tutacaq”, - deyə Bunin deyib.

 

Politoloqun fikrincə, gələcək baş nazirin soyadı Rusiya hakimiyyətinin hansı inkişaf   istiqaməti seçməsindən asılı olacaq: “Əgər hakimiyyət hansısa radikal varianta üstünlük verəcəksə, onda eyni soyadların qalması mümkündür. Əgər liberal siyasətlə texnokratların islahatına üstünlük veriləcəksə, onda iddialılar arasında digər soyadlar səslənə bilər. Yox, əgər hamının nəzarəti prezidentin ixtiyarına veriləcəksə, o zaman baş nazir dekorativ və nominal fiqur olacaq”.

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər