Modern.az

Avropanın ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb

Avropanın ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb

Aktual

5 Avqust 2016, 21:57

UEFA Avropada ötən mövsümün ən yaxşı futbolçusu adına namizədlərin sayını azaldıb. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, 10 nəfərlik siyahı azaldılaraq 3 real namizəd saxlanılıb.

 

Belə ki, avqustun 25-də açıqlanacaq Avropanın ən yaxşı oyunçusu adı uğrunda bundan sonra Qaret Beyl (Uels, “Real”), Antuan Qrizmann (Fransa, “Atletiko”) və Kristiano Ronaldo (Portuqaliya, “Real”) mübarizə aparacaq.

 

Qalib UEFA-ya üzv olan 54 ölkənin nümayəndələri və jurnalistlər arasında keçirilən sorğunun nəticəsi ilə müəyyən olunacaq.

 

Finala yüksələ bilməyənlər isə aşağıdakı futbolçulardır.

 

4. Luis Suares (Uruqvay, "Barselona") - 29 xal

5. Lionel Messi (Argentina, "Barselona") - 25 xal

6. Canluici Buffon (İtaliya, "Yuventus") - 19 xal

7. Pepe (Portuqaliya, "Real") - 9 xal

8. Manuel Noyer (Almaniya, "Bavariya) - 6 xal

9. Toni Kroos (Almaniya, "Real") - 5 xal

10. Tomas Müller (Almaniya, "Bavariya") - 2 xal

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar