Modern.az

Alman professorları Bakıda xəstələri pulsuz müayinə edəcəklər

Alman professorları Bakıda xəstələri pulsuz müayinə edəcəklər

Təhsil

31 Yanvar 2011, 16:45

Heydər Əliyev Fondunun dəstəyi ilə yanvarın 31-də Səhiyyə Nazirliyinin M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində ikinci Azərbaycan-Alman Cərrahiyyə günləri başlayıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, fevralın 4-dək davam edəcək tədbirdə Almaniyanın Heydelberq Universitetinin Mannheym Cərrahiyyə Klinikasının rəhbəri və Almaniya Cərrahlar Cəmiyyətinin sədri professor Stefan Postun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Regionda ilk dəfə olaraq xüsusi müasir treninq modelləri əsasında aparılacaq tədbirdə respublikamızın müxtəlif klinikalarında çalışan 200-dək cərrah, endoskopist və əməliyyat tibb bacıları üçün məruzələr oxunacaq, eləcə də birbaşa translyasiya ilə nümunəvi əməliyyatların keçirilməsi nəzərdə tutulub. Bundan başqa, 50-dək xəstənin alman professorları tərəfindən təmənnasız müayinə və məsləhəti, cərrahi və endoskopik müalicəsi də nəzərdə tutulub.

Tədbirin sonunda alman tərəfi ilə gələcəkdə Heydər Əliyev Fonduna müraciət edəcək xəstələrin davamlı olaraq, Almaniyanın aparıcı universitet klinikalarının mütəxəssisləri tərəfindən teletəbabət vasitəsilə təmənnasız konsultasiya edilməsi və bir sıra birgə layihələr müzakirə ediləcək.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?