Modern.az

Azərbaycan Olimpiadada debüt edib

Azərbaycan Olimpiadada debüt edib

Aktual

5 Avqust 2016, 22:46

Bu gün Rio Olimpiadasına rəsmən start verilib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki,  yarışa 56 atletlə yollanan Azərbaycan yığmasının heyətində ilk gündə mübarizəyə 1 idmançı qoşulub.

 

Bu, kamandan oxatanımız Olqa Senyukdu. Milliləşdirilmiş 25 yaşlı idmançı B qrupunda hədəf önünə keçib. O, 623 xal toplayaraq 37-ci yerdə qərarlaşıb.

 

Sıralama baxımından əhəmiyyət kəsb edən yarışda atletlər topladıqları xala uyğun avqustun 8-də baş tutacaq 1/32 final üçün yerlərini müəyyənləşdiriblər.

 

Yarışın mükafatçıları avqustun 11-də bilinəcək.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır