Modern.az

Rusiyadan Azərbaycana qızıl keçirmək istəyən tutuldu

Rusiyadan Azərbaycana qızıl keçirmək istəyən tutuldu

6 Avqust 2016, 10:32

Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun piyada xəttinə Rusiya Federasiyası istiqamətindən daxil olan Rusiya vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, yoxlama nəticəsində, həmin vətəndaşın başındakı parçadan hazırlanmış saç sancağının içindən - 44 ədəd üzük, 9 ədəd boyunbağı, 13 ədəd sırğa cütü, 5 ədəd sırğa tayı, 3 ədəd kulon və 2 ədəd əzik məmulat olmaqla, ümumi çəkisi 294,7 qram olan qızıl məmulatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi