Modern.az

Jurnalistin atası 6 aydır komadadır 

Jurnalistin atası 6 aydır komadadır 

Aktual

6 Avqust 2016, 11:46

Jurnalist İmdad Əlizadənin avtoqəzada ağır xəsarət almış atası Əli Əliyev aylardır komadadır. Modern.az saytının araşdırmaları zamanı məlum olmuşdu ki, hadisəni törədən sürücü Qarayev Seymur Vidadi oğlu Azərbaycan Hava Yollarının ( AZAL) əməkdaşıdır.

Jurnalist atasının səhhəti barədə Modern.az-a məlumat verib.

İmdad Əlizadənin sözlərinə görə, atasının vəziyyətində heç bir dəyişiklik yoxdur. Durumu əvvəlki kimi ağır olaraq qalır və heç bir irəliləyiş yoxdur, yenə də komadadır. Müalicəsi Mərkəzi Klinik Xəstəxanada davam edir. Həkimlər əvvəl ki kimi sadəcə gözləməyi məsləhət görürlər. Çünki indiki halda əlavə müdaxilə etmək mümkün deyil.
Mətbuat yazandan və mən gedib sürücü Seymur Qarayevin işlədiyi AZAL şirkətinin nümayəndəsi ilə görüşdükdən sonra  bir-iki dəfə cüzi məbləğdə köməklik ediblər. Mərkəzi Klinik Xəstəxana özəl xəstəxanadır, qiymətlər kifayət qədər yüksəkdir. Seymur Qarayevin göstərdiyi kömək gündəlik xərclər qarşısında çox cüzi bir rəqəmdir”.

Qeyd edək ki, 70 yaşlı müəllim, yazıçı-publisist Ə.Əliyev bu il fevralın 14-də metronun “Koroğlu” stansiyası yaxınlığında yolu keçərkən S.Qarayevin idarə etdiyi avtomobillə vurulub. Ağır kəllə-beyin travması alan Ə.Əliyev əvvəlcə Bakıdakı 1 saylı Şəhər Kliniki Xəstəxanasının (“Semaşko”) reanimasiya şöbəsinə yerləşdirilib. Xəstə fevralın 22-dən Mərkəzi Klinik Xəstəxanaya köçürülüb.

Qafar Ağayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir