Modern.az

Strasburqdakı Azərbaycan Evinin radio studiyası yandırılıb

Strasburqdakı Azərbaycan Evinin radio studiyası yandırılıb

Təhsil

31 Yanvar 2011, 17:49

Fransanın Strasburq şəhərində fəaliyyət göstərən Azərbaycanla Mədəni Əlaqələr Dərnəyi və Strasburq Azərbaycan Evinin RBS radiosunda yayımlanan proqram ikinci dəfə təxirə salınıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, iki həftə əvvəl radio studiyasının qapıları yandırılıb. Hazırda Fransanın hüquq-mühafizə orqanları bununla bağlı araşdırma aparır. Araşdırmalar başa çatmadığından studiyaya daxil olmaq mümkün deyil.

Proqramın nə vaxt efirə çıxacağı hələlik naməlumdur.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır