Modern.az

Əhmədinejad: "İran kosmosa adam göndərməyə hazırlaşır"

Əhmədinejad: "İran kosmosa adam göndərməyə hazırlaşır"

Dünya

31 Yanvar 2011, 18:10

İran prezidenti Mahmud Əhmədinejad bəyan edib ki, qarşıdakı 10 il ərzində kosmosa adam göndərəcəklər. Modern.az saytı İran mətbuatına istinadla xəbər verir ki, Əhmədinejad ölkənin ən böyük kosmik laboratoriyasının açılışında söylədiyi nitqdə kosmos və aviasiya sahəsindəki işlərə daha çox önəm verilməsini, elm adamlarını dəstəkləmək üçün hər cür yardımların ediləcəyini bildirib.
Bu sahədə yaxşı nəticələr əldə etdiklərini bildirən prezident Əhmədinejad iranlı elm adamlarının kosmik çalışmalarda ən yaxşı nəticələrə nail olacaqlarına inandığını söyləyib. Əhmədinejad “10 il ərzində kosmosa İrandan adam göndərə bilərik” deyib.

İran ilk kapsulu içində bəzi kiçik canlılarla birlikdə  "Kavoşger-3" adlı raketlə 3 fevral 2010-cu il tarixdə kosmosa göndərmişdi.
"Səfir" adlı ilk yerli peyk daşıyıcısı 2008- ci il avqustun 17-də,  "Ümid" adlı ilk yerli rabitə peyki "Səfir-2" peyk daşıyıcısını isə 2009-cu il fevralın 3-də kosmosa aparmışdı.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir