Modern.az

Sünbülqıranlar Göygölə daraşıb

Sünbülqıranlar Göygölə daraşıb

Təhsil

31 Yanvar 2011, 20:19

Göygöl rayonunda təsərrüfatlar gəmiricilərin hücumuna məruz qalıb. El arasında sünbülqıran kimi tanınan boz siçan Göygöldəki əkin sahələrini viran qoyub. Sürətlə çoxalan zərərvericilərə artıq rayonun bütün kəndlərində rast gəlmək mümkündür.  
Fermerlər həyəcan təbili çalaraq bildirir ki, vaxtında lazımi tədbirlər görülməsə, təsərrüfata çəkilən zəhmət hədər gedəcək. Sahələrin yarıdan çoxunu əkən kəndlilər məhsulun bir hisəsinin məhv olduğunu deyir. Təsərrüfata ziyan vuran gəmiricilərin qarşısını almaq üçün artıq ilk addım atılıb. Belə ki, siçanları məhv etmək üçün rayona xüsusi dərman perapatları gətirilib. Taxıl sahələrinə kütləvi hücum çəkən gəmiricilərin çoxalması anomal hava şəraiti ilə əlaqələndirilsə də, mütəxəssislər bunu düzgün aqrotexniki qaydalara riayət edilməməsi ilə  izah edir.
Göygöl Bitki Mühafizə idarəsinin rəisi Suliddin Mahmudov isə Modern.az-a deyib ki, yerli fermerlərə lazımı dərmanlar verilib.

Xaliq Qurbanov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi