Modern.az

AŞPA həmməruzəçiləri Bakıya gəliblər

AŞPA həmməruzəçiləri Bakıya gəliblər

1 Fevral 2011, 11:57

Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Josef Debono Qrex və Pedro Aqramunt Bakıya gəliblər.

Fevralın 3-dək davam edəcək səfər çərçivəsində həmməruzəçilərin prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, ədliyyə və milli təhlükəsizlik nazirləri, Baş prokuror, Ali Məhkəmənin sədri, Milli Məclisin AŞPA-dakı nümayəndə heyəti, Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşlər keçirəcəkləri gözlərinilir.
Həmçinin AŞPA nümayəndələrinin siyasi partiya təmsilçiləri, Ombudsman, diplomatik korpusun üzvləri və media ilə görüşü nəzərdə tutulur.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı