Modern.az

General 130 gömrükçünü niyə cəzalandırdı? - SƏBƏB

General 130 gömrükçünü niyə cəzalandırdı? - SƏBƏB

9 Avqust 2016, 11:39

“Bu ilin 6 ayında Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində işdəki nöqsanlarına görə 130 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub”.

 

Modern.az-ın xəbərinə görə, bunu Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov deyib.

 

O bildirib ki, 32 əməkdaşa xidməti intizam qaydalarının tələblərini pozduğuna, 98 əməkdaşa isə auditin nəticələrinə görə intizam tənbehi tətbiq edilib.

 

Komitə sədri əlavə edib ki, ilin birinci yarısı ərzində idxal istiqamətində gətirilən 13,5 tondan artıq kənd təsərrüfatı, ərzaq və digər məhsullar muxtar respublikaya daxil olmadan geri qaytarılıb:

 

“Həmin malların geri qaytarılması, əsasən, üzərində istehlak tarixinin olmaması və ya istehlak müddətinin bitməsi, keyfiyyətsiz və ya xarab olması, mənşəyin məlum olmaması, tərkibində nitratın miqdarının normadan artıq olması kimi səbəblərlə bağlı olub.

 

Ümumilikdə, ayrı-ayrı vətəndaşlardan saxlanılan 2 tondan artıq məhsul isə qeyd olunan səbəblər əsas götürülərək məhvetmə komissiyası tərəfindən məhv edilib”.

Bildirilib ki, büdcənin formalaşdırılması istiqamətində 2016-cı ilin birinci yarısı üçün müəyyən olunmuş 3 milyon 372 min manata qarşı 4 milyon 788 min 293 manat vəsait toplanaraq proqnoz-tapşırığa 142 faiz əməl olunub.

 

Gömrük orqanları tərəfindən hesabat dövrü ərzində büdcəyə köçürülmüş vergi və rü- sumlar Naxçıvan Muxtar Respublikasının büdcə gəlirlərinin 13,7 faizini təşkil edib

 

Ağa AKİFOĞLU

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI