Modern.az

Diabetli xəstələr istirahətə göndəriliblər

Diabetli xəstələr istirahətə göndəriliblər

9 Avqust 2016, 11:42

Qafqazda yeganə şəkərli diabet sanator-kurort müəsisəsi olan Lənkərandakı “Palıdlı Sahil”də mövsümün növbəti qrup dincələnləri, sağlamlıqlarını bərpa edirlər.

Artıq 7-ci ildir ki, Azərbaycan Diabet Liqasının uşaq və gənclər qrupu “Palıdlı Sahil”ə qədəm açırlar. Sevindirici haldır ki, bu qrup insanların mualicə və reabilitasiyasını bir sıra qurumlar təşəbbüs yolu ilə öz üzərlərinə götürür, çox humanist, mərhəmətli addımlar atırlar.

Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva bir neçə ildir ki, belə tədbirlərin maliyyələşdirilməsini təşkil edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman nazirlikləri, müəssisələr və ayrı-ayrı xeyriyyəçilər bu qrup insanların sosial müdafiəsində fəal iştirak edirlər.

Statistika göstərir ki, burada dincələn və reabilitasiya prosedurları keçən insanların şəkəri hiss olunan dərəcədə düşür, onların həyat tərzi ilə bağlı verilən məsləhətlər il ərzində faydalı olur.

Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova deyir ki, Palıdlı Sahildə bir neçə səbəbdən reabilitasiya uğurlu keçir.

-          Birinci səbəb odur ki, onlar öz təsərrüfatlarında becərdikləri ekoloji təmiz məhsulları süfrəyə verirlər.

-          Ikinci səbəb, dənizin, meşənin və dağın qovuşduğu bu məkanda çox təmiz hava və xüsusi aura mövcuddur. Bu isə xəstələrin stressini götürür.

-          Üçüncü səbəb dinamikadır, hərəkətdir. Burada terenkur və sadə idman növlərindən geniş istifadə edilir.

-          Digər səbəb isə, mütəxəssislərin, həkim, pisixoloq, diyetoloq və idmançıların bu qrup insanlara, onlar üçün vacib olan muhazirələrin oxunmasıdır. Onlara paylanan yaddaş bukletlərində çox əhəmiyyətli məsləhətlər mövcuddur.

Dincələnlərdən Yusifova Esmira, Məcidov Azər, Əliyeva Fidan, Məmmədov Elşən, Əliyarlı Yusif və başqaları bildirirlər ki, bura gəlməyi çox səbirsizliklə gözləyirmişlər:

“Artıq bəzilərimiz üçüncü, dördüncü dəfədir ki, bu sağlamlıq ocağından bəhrələnirik. Dietik Lənkəran mətbəxi ürəyimizcə olur. Dənizdə, hovuzda üzmək, idman etmək, axşam diskotekada rəqs bizə xəstəlik simptonlarını unutdurur.

Fürsətdən istifadə edib, reabilitasiya ongünlüyünün təşkilatçılarına: Gənclər və İdman Nazirliyinə, Azərbaycan Diabet Liqasına və “Palıdlı Sahil”in kollektivinə dərin minnətdarlığımızı bildiririk.

Bir məsələni xüsusi vurğulamaq istəyirik. Hər il büdcədən milyonlarla manat vəsait Şəkərli Diabetin praflaktika və müalicəsinə ayrılır, çox təəssüf ki, bu vəsaitin lap kiçik hissəsi belə  ayrıca bəndlə şəkərli diabet xəstəsi olan uşaqların istirahət düşərgələrində reablitasiyasına ayrılmır.

Baxmayaraq ki, endokronik xəstəliklərlə mübarizəylə bağlı qəbul edilən dövlət proqramında bu müddaa öz əksini xüsusi qrafada tapmışdır.

Başqa qurumlar kimi əsas vəzifə borcu əhalinin sağlamlığının qorunması olan Səhiyyə Nazirliyi bu məqsədlərə vəsait ayrılması üçün konkret ünvanlara müraciət edib, buna nail olsa çox faydalı olardı.

Onuda vurğulayaq ki, belə bir təcrübə postsovet ölkələrinin əksəriyyətində mövcuddur”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?