Modern.az

Əfv komissiyasınin üzvü: "İslamçıları sonuncu dəfə 99-cu ildə əfv etmişik"

Əfv komissiyasınin üzvü: "İslamçıları sonuncu dəfə 99-cu ildə əfv etmişik"

Ölkə

1 Fevral 2011, 12:34

Azərbaycanda sonuncu belə halla bağlı 1999-cu ildə İslam Partiyasının üzvləri əfv olunub

“Son illərdə məhbuslar tərəfindən dini baxışları ilə bağlı həbs edildiyinə görə Prezident yanında Əfv komissiyasına heç bir müraciət daxil olmayıb”. Bu barədə Modern.az –a komissiyanın üzvü, millət vəkili Elmira Axundova bildirib. Onun sözlərinə görə, sonuncu dəfə belə müraciət  10 il əvvəl olunub.
“1999-cu il 16-17 noyabrda İslam Partiyasının 4 üzvü Heydər Əliyev tərəfindən əvf olunub. AİP üzvləri “vətənə xəyanət” maddəsi üzrə həbs edilmişdilər. “Biz onların əfv ərizələrinə baxmışıq. Ondan sonra heç bir hal müşahidə edilməyib”-deyə millət vəkili vurğulayıb.

Deputatın sözlərinə görə, bir neçə il əvvəl  Səid Dadaşbəylinin dəstəsi ilə bağlı əfv müraciəti edilib. Onlar dini icma üzvləri kimi təqdim olunublar. “Amma onların cinayət işində terrora cəhd, qiymətli kağızların saxtalaşdırılması, silahalrın qanunsuz saxlanılması ilə bağlı motivlər var idi. Buna isə dini yönümdə həbs kimi baxmaq olmaz”.

Millət vəkilinin sözlərinə görə, son zamanlar “müsəlman dəyərlərinə hörmət” adı altında insanlar bacılarını, həyat yoldaşlarını, qohumlarını qısqanclıq zəminində qətlə yetirir, yaralayırlar. “Bunlar ailə problemləri zəmnində baş verir və burada dini faktor axtarmaq olmaz. Sırf dini etiqada görə, fikirlərinə görə ölkədə heç kim həbs olunmur. Ola bilər ki, kimsə bu və ya digər cinayətkar əməllərinə bəraət qazandırmaq üçün özünü “din cəfakeşi” kimi təqdim etsin. Məsələn,  Dadşbəyli kimi... Əfv komissiyası konkret əməlləri qiymətləndirib əfv edə bilir”.

Deputat bildirib ki, özlərini “dini cəfakeş” sayanlar cinayətkarlardır və əməlləri sübut olunub. “Belə insanlar var və onlar bizə müraciət ediblər”.

Əvflə bağlı sosial statistikaya toxunan deputat bildirib ki, son illər məişət zəminində olan cinayət işləri artıb. “Mən qeydlər aparıram. Birinci yerdə məişət zəmnində, narkotiklə bağlı, sərxoşluq üzündən insanları qətlə yetirmək və yaralamaq faktları üstünlük təşkil edir. Ailədaxili konfliktlərlə bağlı cinayətlərin də artımı hiss edilir. Bu bizi narahat edir. Məişət zəminində zorakılıq aktları xeyli dərəcədə artıb”.

İkinci qrupda bədbəxt hadisələr zəminində törədilən cinayətlər gəlir. “Bunların cinayəti nisbətən yüngül olur və əvf edilmək üçün baxıla bilər. Bu özünümüdafiə xarakterli, ehtiyatsızlıq üzündən törədilən və ya yol qəzası ilə bağlı işlərdir. Bunu  törədən insanlar bizə tez-tez müraciət edirlər. Təəssüf ki, narkotiklə bağlı müraciət edən insanların sayı da çoxdur”-deyə millət vəkili vurğulayıb.

Əvf komisisyasına əcnəbilər tərəfindən müraciətlər çox az olur. Millət vəkili bildirib ki,  onlar əgər cəza müddətinin yarısını çəkiblərsə, o zaman komisisya onları siyahıya salır. Həmin əcnəbilər elə həmin gün DİN və Ədliyyə Naziriliyinin əməkdaşları tərəfindən öz ölkələrinə ekstradisiya edilir. Miqrasiya Xidmətinə göstəriş verilir, həmin şəxslərin adı “qara siyahı”ya salınır. Onlar bir də heç vaxt Azərbayacan leqal şəkildə daxil ola bilməzlər.  

E.Axundovanın sözlərinə görə, əcnəbiləri burda yedizdirməkdənsə, öz ölkələrinə göndərmək daha yaxşıdır. Həbsdə olan əcnəbilər arasında Əfqanıstan, Pakistan və İran vətəndaşları üstünlük təşkil edir. 
“Həbsdə Avropa ölkələrindən olan vətəndaşlar yoxdur. Adətən çox məhdud sayda, 1 və ya 2 nəfər olur”-deyə komissiya üzvü vurğulayıb.

Əvf  komissiyası indiyə qədər erməni əsilli məhbuslardan müraciət almayıb.   

Xaqani SƏFƏROĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi