Modern.az

Tarixçi deputat Putin-Əliyev-Ruhani görüşünü şərh ETDİ

Tarixçi deputat Putin-Əliyev-Ruhani görüşünü şərh ETDİ

9 Avqust 2016, 15:30

Avqustun 8-də  Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşü keçirilib.

 

Tarixçi deputat, professor Musa Qasımlı Modern.az saytına prezidentlərin görüşünü şərh edib.

“Rusiya və İran Prezidentlərinin ölkəmizə səfəri, Cənab Prezidentimiz İlham Əliyevlə keçirdiyi ikitərəfli və çoxtərəfli görüşlər zamanı müzakirə edilən məsələlər təkcə bu ölkələr arasında deyil, regional və beynəlxalq münasibətlər baxımından da böyük əhəmiyyət kəsb edir.

 

İki dövlət başçısının Bakıya səfəri region və dünya siyasətində Azərbaycan dövlətinin rolunun artdığını, yerinin möhkəmləndiyini, göstərir. Bu səfərlər bir daha göstərir ki, Azərbaycan müxtəlif ölkələri, hətta ərazicə özündən böyük dövlətləri əməkdaşlığa cəlb edən bir gücdür”.

 

Onun sözlərinə görə, ölkəmizin nəqliyyat-kommunikasiya mərkəzinə çevrilməsi regionda bir çox məsələlərin həlli yolunda ciddi addımlar atılacağını göstərir.

 

Qafar Ağayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?