Modern.az

Deputat: "“Necə olur Hüsnü Mübarəkə abidə qoymağa yer tapılır, amma Rəsulzadəyə yox?”

Deputat: "“Necə olur Hüsnü Mübarəkə abidə qoymağa yer tapılır, amma Rəsulzadəyə yox?”

1 Fevral 2011, 12:58

Modern.az parlamentdən xəbər verir ki, Milli Məclisin fevralın 1-də keçirilən iclasında deputat İqbal Ağazadə Azərbaycan Xalq Cümhuriyyətin banisi Məhəmməd Əmin Rəsulzadəyə Azərbaycanda heykəl qoyulmamasından, amma Misirin diktator prezidenti Hüsnü Mübarəkin Xırdalanda abidəsinin ucaldılmasından danışıb. İ.Ağazadə bildirib ki, 31 yanvar tarixində Məhəmməd Əmin Rəsulzadənin doğum günü qeyd olunub, amma Azərbaycanın rəsmi qurumları buna biganə yanaşıblar. “Necə olur Hüsnü Mübarəkə abidə qoymağa yer tapılır, amma Məhəmməd Əmin Rəsulzadəyə yox” deyə deputat sual edib.
İ.Ağazadə deyib ki, hazırda Misirdə bütün xalq ayağa qalxaraq 30 ildir hakimiyyəti əlində saxlayan Hüsnü Mübarəkin istefasını tələb edirsə, Azərbaycanın dövlət qurumları da bundan nəticə çıxarıb onun abidəsini ölkəmizdən götürməlidir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir