Modern.az

Ağdamda Qrad qalıqları aşkar edildi 

Ağdamda Qrad qalıqları aşkar edildi 

Aktual

9 Avqust 2016, 17:11

Bu gün Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən
Ağdam və Tərtər rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlanıb.

 

Agentlik-dən Modern.az-a verilən məlumata görə, Ağdam rayonunun Əfətli kəndində 1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, partlamış (9M22U raketi – Qrad) qalıqları aşkar edilərək götürülüb, 2 000 kv.m ərazi yoxlanılıb.

 

Tərtər rayonunun Şıxarx kəndində 1 otlaq sahəsində 4 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatın qalıqları aşkar edilərək götürülüb, 6 500 kv.m ərazi yoxlanılıb.

 

Avqust 9-da 1 əkin sahəsi və 1 otlaq sahəsində, 6 partlayış yerində baxış keçirilib, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, 8 500 kv.m ərazi yoxlanılıb.

 

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel-9 avqust tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 642 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib, 3 470 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 24 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

 

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır