Modern.az

Səməd Seyidov: “47 ölkə içində niyə yalnız bizə...?”

Səməd Seyidov: “47 ölkə içində niyə yalnız bizə...?”

1 Fevral 2011, 13:02

Milli Məclisin bu günkü iclasında çıxış edən millət vəkili Səməd Seyidov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında iştirak edən Azərbaycan nümayəndə heytinin işi barədə məlumat verib. Onun sözlərinə görə, bu il yeni parlament seçkilərindən sonra tərkibi yenilənmiş nümayəndə heyəti AŞPA-da yüksək səviyyədə işləyib. Xüsusən xarici dil bilən deputatların çoxluğu nümayəndə heyətinin effektiv iş aparmasına böyük kömək edib.
Daha sonra AŞPA-da fəaliyyəti bərpa edlmiş Qarabağla bağlı altkomitənin işinə toxunan S.Seyidov qeyd edib ki, ermənilər bu komitənin bərpa olunmasından ciddi narahatlıq keçirirlər. AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçinin fəaliyyətini tənqid edən millət vəkili bildirib ki, bu postun yaradılması ədalətsizlikdir. Avropa Şurasının 47 ölkəsi arasında yalnız bir ölkəyə belə məruzəçinin təyin olunmasını düzgün mövqe saymayan  nümayəndə heyətinin rəhbəri vurğulayıb ki, Azərbaycanda xristianlarla müsəlmanların birgə yaşaması faktını nədənsə arxa plana atıblar.

 Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir