Modern.az

Azərbaycan, Türkiyə və Rusiya üçtərəfli əməkdaşlıq formatı yaradacaq

 Azərbaycan, Türkiyə və Rusiya üçtərəfli əməkdaşlıq formatı yaradacaq

9 Avqust 2016, 18:51

 

Azərbaycan, Türkiyə və Rusiya üçtərəfli əməkdaşlıq formatı yaradacaq.

 

Modern.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sankt-Peterburqda rusiyalı həmkarı Vladimir Putinlə birgə mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, Putinlə görüşdə bu məsələ müzakirə olunub. Prezident üçtərəfli mexanizmin yaradılmasına müsbət yanaşdığını bildirib. 

 

Qeyd edək ki, ötən ilin noyabrında Türkiyənin Suriya ilə sərhədində Rusiyaya məxsus Su-24 döyüş təyyarəsi vurulduqdan sonra Moskva ilə Ankara arasında münasibətlər pisləşmişdi.

 

Həmin hadisədən sonra bu, Ərdoğanla Putinin ilk görüşüdür.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı