Modern.az

Xəzərdə 22 yaşlı gənc boğulub öldü

 Xəzərdə 22 yaşlı gənc boğulub öldü

Aktual

9 Avqust 2016, 18:57

 

Xəzər rayonunda 22 yaşlı gənc boğulub ölüb.

Bu barədə Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

 

Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə, Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin batması barədə məlumat daxil olub.

 

Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 1994-ci il təvəllüdlü, Ömərov Məhəmməd Fikrət oğlunun cəsədi batdığı yerdən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 16:00-da başa çatıb.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir