Modern.az

Boksçumuz 1/8 finala yüksəlib

Boksçumuz 1/8 finala yüksəlib

9 Avqust 2016, 20:03

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışları davam edəcək. Modern.az saytı xəbər verir ki, bu gün yığmamızın daha üç nəfər üzvü mübarizəyə qoşulur. İlk olaraq rinqə 75 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Kamran Şahsuvarlı çıxıb. O, 1/16 final mərhələsindən çinli Zao Minqqanqla qarşılaşıb. Görüşü 3:0 hesabı ilə başa vuran Kamran 1/8 finala yüksəlib. O, bu mərhələdə Rusiyalı Artyom Çebotaryov ilə döyüşəcək. Həmin matç avqustun 13-də keçiriləcək.

 

Daha sonra Albert Səlimov yumruğunun gücünü sınayacaq. 60 kq-da çıxış edən dəri əlcək ustamız Olimiadaya 1/8 finaldan start verəcək. Təmsilçimiz saat 00:45-də başlayacaq döyüşdə irlandiyalı Devid Coysla münasibətlərinə aydınlıq gətirəcək.

 

Azərbaycanlı bokssevərlər günə Məhəmmədrəsul Məcidovun döyüşü ilə yekun vuracaqlar. Superağır çəkidə (+91 kq) mübarizə aparan idmançımız da ilk olaraq 1/16 finalda çıxış edəcək. Onun rəqibi isə mərakeşli Mohammed Arjaoui olacaq. Döyüş saat 02:00-da start götürəcək.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir