Modern.az

Deputatdan təklif: "Milli Məclis qiymətləri qaldıran Tarif Şurasına etiraz etməlidir"

Deputatdan təklif: "Milli Məclis qiymətləri qaldıran Tarif Şurasına etiraz etməlidir"

Parlament

1 Fevral 2011, 13:36

Modern.az-ın məlumatına görə, Milli Məclisin bu günkü iclasında çıxış edən millət vəkili, Ümid Partiyasının sədri İqbal Ağazadə Tarif Şurasının yanvarın 31-də qəbul etdiyi qərara diqqət çəkib. Deputat bildirib ki, Tarif Şurasının indiki iqtisadi və sosial çətinlikləri nəzərə almayaraq sudan istifadə, sərnişindaşıma, poçt xidmətində qiymətləri artırması vətəndaşların vəziyyətini ağırlaşdıracaq. O, elə də yüksək məbləğdə maaş almayan həkimlərin, müəllimlərin, işsizlərin vəziyyətinin nəzərə alınmamasına etiraz edib.
İ.Ağazadə deyib ki, Milli Məclis adından Tarif Şurasının qərarına etiraz bildirliməlidir.

Deputat başqa bir məsələyə də diqqət yönəldib. “Azərbaycan parlamenti on ildir Qarabağ məsələsi ilə bağlı müzakirə aparmır” deyən İ.Ağazadə bildirib ki, həm xarici işlər naziri, həm də müdafiə naziri mövcud vəziyyətlə bağlı parlamentə dəvət olunmalı və millət vəkillərinə hesabat verməlidirlər.
Ümid Partiyasının sədri zərbaycanın dövlət müstəqilliyinin 20 illiyi münasibətilə hazırlanan amnistiya aktının ömürlük məhbuslara da şamil olunmasını istəyib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir