Modern.az

YAP-çı millət vəkili deputatları İrana qarşı çıxmağa çağırdı

YAP-çı millət vəkili deputatları İrana qarşı çıxmağa çağırdı

Parlament

1 Fevral 2011, 13:42

“İranda qadın hüquqlarının pozulmasına etiraz edin”

Milli Məclisin üzvü Məlahət İbrahimqızı parlamentin bu günkü iclasında İranda qadınların hüquqlrının pozulması il’ bağlı məsələni qaldırıb. Modern.az-ın məlumatına görə, deputat bildirib ki, qonşu ölkədə qadınlara qarşı təzyiqlərin artması narahatçılıq doğurur. O, qeyd edib ki, təzyiqlərin həddi o qədər böyükdür ki, hətta Nobel sülh mükafatını alan Şirin İbadi belə təqiblərdən yaxa qurtara bilmir.

Millət vəkili daha sonra Milli Məclisin qadın deputatlarına müraciət edərək İranda qadın haqlarının pozulması ilə bağlı səslərini ucaltmağa çağırıb. “Mən millət vəkillərinə müraciət edərək bu məsələdə İranda hüquqları pozulan qadınların haqlarını müdafiə etməyə çağırıram”-deyə M.İbrahimqızı bildirib.

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır