Modern.az

Türkiyədə İngiltərənin fəxri konsulu və eks-deputatlar həbs olundular

Türkiyədə İngiltərənin fəxri konsulu və eks-deputatlar həbs olundular

10 Avqust 2016, 14:09

Türkiyədə Fətullahçılara qarşı aparılan əməliyyat çərçivəsində daha 3 tanınmış şəxs həbs olunub.

Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə,  Kayseri şəhərində Fətullahçılara qarşı aparılan əməliyyatda hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan keçmiş millət vəkili Əhməd Öksüz də saxlanılıb. O, AKP-dən 2014-cü il martın 30-da istefa verib.

Bu gün həbs olunanlar arasında 2014-cü il aprelin 17-də AKP-dən istefa vermiş, partiyanın Kayseri əyalət təşkilatının sədri Ömər Dengiz də var.

Digər saxlanılan şəxs isə və yerli Ticarət Palatasının başçısı, İngiltərənin Kayseridək fəxri konsulu Mahmut Hiçyılmazdır.

 

Ağa AKİFOĞLU

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir