Modern.az

Allahşükür Paşazadə Fətullah Gülənə "Şeytan" dedi

Allahşükür Paşazadə Fətullah Gülənə "Şeytan" dedi

10 Avqust 2016, 15:30

“Günahsız insanların ölümünə səbəb olanlara müsəlman deməyə heç kəsin haqqı yoxdur”.

 

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Ankarada keçirilən 9-cu Avrasiya İslam Şurası Məşvərət Toplantısında deyib.

 

Şeyx bildirib ki, əgər Fətullah Gülənin rəhbəri olduğu şəbəkə (FETÖ) silah və tanklarla xalqa qarşı hərəkət edibsə, bu müsəlmanlıq deyil, şeytanlıqdır.

 

Allahşükür Paşazadə Türkiyədə dövlət çevrilişinə cəhd zamanı həyatını itirənlərə rəhmət diləyib, yaralılara tezliklə sağalmalarını arzulayıb:

 

“Azərbaycan xalqı və dövləti olaraq Türkiyə dövləti və xalqının yanındayıq. 15 iyul gecəsi həm Azərbaycan, həm də Türkiyə üçün böyük imtahan oldu. Allaha şükürlər olsun ki, Türkiyə xalqı prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə bu imtahanda qalıb oldu. Türk xalqı müstəqilliyinə sahib çıxdı və gələcəyinin asılılıq altına alınmasının qarşısını aldı. FETÖ ilə mübarizəmiz davam edəcək”. 

 

Qeyd edək ki, Azərbaycan iyulun 15-də Türkiyədə hərbi çevriliş cəhdinin qarşısının alınması zamanı yaralananların müalicəsi üçün qardaş ölkəyə 100 min dollar yardım edib.

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 100 min dollarlıq çeki Türkiyə Böyük Millət Məclisinin sədri İsmail Kahramana təqdim edib.

 

Ağa AKİFOĞLU

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?