Modern.az

Azay Quliyev: “Təbrizdən düşmənə neft daşınır”

Azay Quliyev: “Təbrizdən düşmənə neft daşınır”

1 Fevral 2011, 14:00

Milli Məclisin bu günkü iclasında deputat Azay Quliyev Avropa Şurasının siyasi məhbuslarla bağlı məruzəçinin təyinatını tənqid edib.  Modern.az-ın məlumatına görə, millət vəkili bildirib ki, bunu ikili standartların təzahürü hesab edir.

Deputat həmçinin son zamanlar İran İslam Respublikasının bəzi qurumları tərəfindən Azərbaycana təzyiqlərinin müşahidə edildiyini vurğulayıb. Onun sözlərinə görə, azərbaycanlıların yaşadığı Təbrizdən Ermənistana neft verilməsi ilə bağlı razılamalar münasibətlərin inkişafı üçün yaxşı şey vəd etmir. A.Quliyev qeyd edib ki, İranın bu siyasəti bəyan etdiyi qardaşlıq və yaxın qonşuluq siyasətinə uyğun deyil. 

“İranın belə ikili siyasətini pisləyirəm və buna münasibət bildirilmsini vacib hesab edirəm”-deyə deputat vurğulayıb. 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?