Modern.az

“Türkiyə NATO-dan çıxacaq” xəbərinə rəsmi REAKSİYA

“Türkiyə NATO-dan çıxacaq” xəbərinə rəsmi REAKSİYA

Aktual

10 Avqust 2016, 17:05

 

Moskva ilə Ankara arasındakı münasibətlərin normallaşmasından sonra Türkiyənin NATO-dan kənarlaşacağı ilə bağlı yayılan  xəbərlərə  reaksiya verilib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə  NATO tərəfindən açıqlama verilib.

"Türkiyənin NATO-ya üzvlükdən kənarlaşdırılacağı müzakirə mövzusu deyil. NATO Türkiyənin daim xidmətlərinə güvənir, Türkiyə də NATO-nun həmrəylik və dəstəyinə arxalana bilər",-deyə bildirilib.

 

Açıqlamada NATO-nun baş katibi Yens Stoltenberqin 15 İyul dövlət çevrilişi cəhdindən sonra həm xarici işlər naziri Mövlud Çavuşoğlu, həm də prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə apardığı bildirilib.

 

Mirmahmud KAZIMOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi