Modern.az

Türkiyədə Konstitusiyaya dəyişiklik edilir

Türkiyədə Konstitusiyaya dəyişiklik edilir

10 Avqust 2016, 17:23

Avqustun 12-də Türkiyədə Konstitusiyaya dəyişikliklərlə qərar veriləcək.

Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat verib.

 Məlumata görə, konstitusiya dəyişikləri ilə bağlı komissiyanın iclası keçiriləcək.

Komissiyada hakim Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) yer alır.

Komissiyada AKP-ni baş katib Əbdülhəmid Gül, CHP-ni sədr müavini Bülent Tezcan, MHP-ni isə Afyonkarahisardan seçilmiş millət vəkili Mehmet Parsak təmsil edəcək.

Onlar ölkə konstitusiyasına nəzərdə tutulan dəyişikliklərlə bağlı əvvəlcədən hazırlıq işi görəcək və bunu partiya sədrlərinə təqdim edəcəklər.

Xatırladaq ki, komissiya üzvləri 2016-cı ilin fevralında üç toplantı keçiriblər. 

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi