Modern.az

Türkiyənin Yunanıstandakı hərbi attaşeləri qaçıb gizləndilər

Türkiyənin Yunanıstandakı hərbi attaşeləri qaçıb gizləndilər

10 Avqust 2016, 17:35

Türkiyənin Yunanıstandakı hərbi attaşeləri ailələri ilə birlikdə ölkədən qaçıblar.

Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, Türkiyənin Yunanıstandakı Silahlı Qüvvələr attaşesi, polkovnik İlhan Yaşıtlı və hərbi dəniz attaşesi, polkovnik Halis Tunçun ailələri ilə birlikdə harada olması barədə rəsmi Afinada heç bir məlumat yoxdur.

Türkiyə Xarici İşlər Nazirliyi avqustun 7-də Yunanıstan Xarici İşlər Nazirliyinə müraciət edərək polkovnik İ. Yaşıtlı və polkovnik H. Tunçun akkreditasiyalarının ləğv edilməsini istəyib

Yunanıstan Xarici İşlər Nazirliyidə həmin gün onların akkreditasiyalarını ləğv edib.  Ancaq polkovniklərin nə vaxt Afinadan qaçdıqları bilinmir.

 İ. Yaşıtlı və H. Tunç iyulun 29-da Afina yaxınlığındakı Salamina Hərbi Dəniz Bazasında keçirilən tədbirə dəvətli olsalar da, həmin tədbirə də qatılmayıblar.

Attaşelər ailə üzvləri ilə birlikdə 8 nəfərdir.

 Yunan mətbuatı polkovniklərin hərbi çevrilişə cəhd edənlərlə yaxın olmaları yönündə ittihamlardan qorxaraq qaçdıqlarını yazıb.

“Elefteros Tipos” qəzeti onların İtaliyaya qaçdıqlarının ehtimal edildiyini qeyd edib.

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?