Modern.az

Türkiyədə erməni terrorçu həbs olundu

Türkiyədə erməni terrorçu həbs olundu

10 Avqust 2016, 17:49

 

Türkiyədə terrorçu dəstənin üzvü olduğu bildirilən erməni əsilli Fransa vətəndaşı Artyom Aloyan həbs edilib.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

 

Məlumata görə, A.Aloyan ölkənin Hatay bölgəsində polislər tərəfindən ələ keçirilib.

Terrorçu avqustun 2-də Hatay polisinin keçirdiyi yol reydi zamanı saxlanılıb.

 

Axtarış nəticəsində onun üzərindən silahlı münaqişə bölgələrinin fotosu, hərbçilərə ediləcək hücum yerləri işarələnmiş xəritə, müdafiə planları, əl qumbarası və partlayıcı kimyəvi maddə, uzaqdan idarə olunan elektron sxemlər, video və başqa sənədlər əldə edilib.

 

Xəbərə əsasən, yerli təhlükəsizlik idarəsində aparılan sorğu-sualdan sonra A.Aloyana qarşı “silahlı terror qruplaşmasına üzv olmaq” maddəsi ilə cinayət işi açılıb.

O, Suriyada "Əl-Nusra" terror qruplaşmasının sıralarında döyüşüb.

 

A.Aloyan ilk ifadəsində Ermənistanda yaşayan yezidi kürdlərindən olduğunu, 2002-ci ildə Fransaya köçdüklərini və bu ölkənin vətəndaşlığını qəbul etdiklərini söləyib.

O, 2012-ci ildə İslamı qəbul edərək, 2015-ci ildə Suriyada fəaliyyət göstərən "Əl-Nusra" terror təşkilatına qoşulduğunu da deyib.

 

Məlumatda qeyd edilib ki, A.Aloyan erməni, ərəb, kürd, rus, fransız və ingilis dillərini bildiyini də söyləyib. 

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub