Modern.az

AZƏRTAC-a kredit və qrant hüququ verildi

AZƏRTAC-a kredit və qrant hüququ verildi

10 Avqust 2016, 17:56

Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Əsasnaməsində dəyişiklik edib.

Modern.az-ın xəbərinə görə, Prezidentin imzaladığı fərmana əsasən, AZƏRTAC-ın saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr, habelə xidmətlər göstərilməsindən və işlər görülməsindən əldə edilən vəsait hesabına maliyyələşdiriləcək.

Xatırladaq ki, indiyədək AZƏRTAC dövlət büdcəsindən ayrılan vəsait hesabına maliyyələşir, informasiya və təsərrüfat fəaliyyətindən əldə olunan gəlirlər bütövlükdə dövlət büdcəsinə köçürülürdü.

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı