Modern.az

Millət vəkili “istiqlal deputatları”nın təltif olunmasını təklif edib

Millət vəkili “istiqlal deputatları”nın təltif olunmasını təklif edib

Parlament

1 Fevral 2011, 14:10

Millət vəkili Vahid Əhmədov parlamentin bu günkü iclasında müstəqilliyin 20 illiyi ilə bağlı Milli Məclis tərəfindən xüsusi təkliflərin hazırlanmasını ilə bağlı məsələ qaldırıb. Modern.az-ın məlumatına görə, V.Əhmədov bildirib ki, parlament bu müstəqilliyin qazanılmasında əməyi olmuş keçmiş deputatların xidmətlərini qiymətləndirməsi vacibdir. Millət vəkili bununla bağlı hazırlanacaq tədbirlər planında xidməti olmuş deputatların təltif olunmasını, ailələrinə imtiyazların verilməsini zəruri olduğunu deyib.

“20 il əvvəl bu  binada müstəqillik aktına səs verilib. Odur ki, bu yubley ilində həmin proseslərdə xidməti olan şəxsləri yaddan çıxarmaq olmaz”-deyə deputat vurğulayıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?