Modern.az

Sahibsiz Uşaqlara Kömək İctimai Birliyi yeni layihəyə start verdi

Sahibsiz Uşaqlara Kömək İctimai Birliyi yeni layihəyə start verdi

10 Avqust 2016, 21:07

Sahibsiz Uşaqlara Kömək İctimai Birliyi fiziki imkanları məhdud uşaq, yeniyetmə və gənclərlə bağlı yeni layihəyə başlayıb.

 

Sahibsiz Uşaqlara Kömək İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə baş tutan "İrəliyə doğru bir addım" adlı layihədə fiziki imkanları məhdud uşaq, yeniyetmə və gənclərin istirahətinin səmərəli təşkili ilə yanaşı, onların kompüter bacarıqlarının inkişafı (bəzi şəxslərə evlərdə) nəzərdə tutulub.

 

Layihənin məqsədi fiziki imkanları məhdud uşaq, yeniyetmə və gənclərin cəmiyyətə inteqrasiyasına dəstək olmaq, onların digər yaşıdları ilə bərabər şəkildə imkan və potensialını üzə çıxarmalarına stimul verməkdir. 

  

İştirakçılara kompüterdən istifadə bacarıqları ilə yanaşı,  psixoloji xidmətlər də göstəriləcək.  

 

Layihə çərçivəsində əlil uşaq, yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkili və ətrafdakı insanlarla ünsiyyətin qurulmasında ruh yüksəkliyinin artırılması üçün  Nabrana (26-29 avqust tarixlərində) 3 günlük tur təşkil ediləcək.

 

Tur çərçivəsində intellektual yarışmalar, motivasiya xarakterli əyləncəli oyunlar keçiriləcək.  Qeyd edək ki, layihə avqustun 1-dən noyabrın 1-ə qədər davam edəcək. 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir