Modern.az

İsmayıllı Olimpiya İdman Kompleksinin təmirdən sonra açılışı olub

İsmayıllı Olimpiya İdman Kompleksinin təmirdən sonra açılışı olub

10 Avqust 2016, 21:24

Azərbaycan prezidenti İlham Əliyev avqustun 10-da İsmayıllı rayonundakı Olimpiya İdman Kompleksində əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub.

 

Kompleksdə əsaslı təmir işlərinə dövlətimizin başçısının tapşırıqlarına əsasən, 2015-ci ilin martından başlanmışdı.

 

Ərazisi 7,5 hektar olan kompleksin həyətində 936 yerlik süni örtüklü futbol meydançası, tennis kortu, ikimərtəbəli dörd yerlik üç kottec, basketbol və voleybol meydançaları inşa olunub.

 

Kompleksin 510 yerlik əsas idman zalı müasir avadanlıqla təchiz edilib.

 

Məlumat verildi ki, burada müxtəlif yerli və beynəlxalq əhəmiyyətli yarışları yüksək səviyyədə keçirmək üçün hər cür şərait yaradılıb.

 

Kompleksin üzgüçülük hovuzu da müasir səviyyəyə çatdırılıb.

 

İkimərtəbəli əsas binada soyunub-geyinmə otaqları, mini futbol meydançası, müxtəlif tədbirlərin keçirilməsi üçün zal və digər inzibati otaqlar da var.

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?