Modern.az

Qənirə Paşayeva Güney Azərbaycana səsləndi: “Qoymayın İran erməni ilə əlaqə saxlasın!”

Qənirə Paşayeva Güney Azərbaycana səsləndi: “Qoymayın İran erməni ilə əlaqə saxlasın!”

1 Fevral 2011, 14:21

Milli Məclisin deputatı Qənirə Paşayeva parlamentin kürsüsündən İranda yaşayan güneyli azərbaycanlılara müraciət edib. Modern.az-ın parlamentdən verdiyi məlumata görə, millət vəkili soydaşlarımıza müraciətində onları İran hakimiyyətinə Ermənistanla münasibətlərini dayandırmaq üçün təsir etməyə çağırıb.
“Sizin bu tayda 1 milyon bacı-qardaşınız qaçqın və köçkün yaşayır. İranın soydaşlarınıza qənim kəsilmiş Ermənistanla isti münasibətlər qurmağına yol verməyin. Buna qarşı mübarizə aparın”-deyə millət vəkili cənublu soydaşlarımıza səslənib.

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir