Modern.az

Qaçqın və köçkün gənclər 2011-ci ilin "Mübariz İbrahimov ili" olmasını istəyir

Qaçqın və köçkün gənclər 2011-ci ilin "Mübariz İbrahimov ili" olmasını istəyir

1 Fevral 2011, 15:20

Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı 2 fevral Gənclər günü münasibətilə tədbir keçirib. Modern.az-ın məlumatına görə, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov görkəmli dövlət xadimi Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra bütün sahələrlə bərabər gənclər siyasətinə xüsusi diqqət və həssaslıqla yanaşıldığını qeyd edib. O, Heydər Əliyev tərəfindən Gənclər və İdman Nazirliyinin yaradılmasını, ilk dəfə olaraq 1996-cı ildə Müstəqil Azərbaycan Respublikası Gənclərinin 1- ci Formunun keçirilməsini və 2 fevralın Azərbaycanda Gənclər günü kimi qeyd olunması haqqında sərəncamlarını Azərbaycan gənclərinə diqqət və qayğının ən bariz nümunəsi adlandırıb.
Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsini, işğal olunmuş torpaqların azad olunması istiqamətində göstərdiyi prinsipial fəaliyyəti haqda məlumat verən V.Qədirov 2010-cu ildə təşkilat tərəfindən həyata keçirilən bəzi tədbirlərdən danışıb:
V.Qəfirov 2011-ci ildə “Qaçqın və Məcburi Köçkün Gənclərin 1-ci Formunun keçiriləcəyini, fevral ayının Xocalı ayı elan edildiyini, işğala və təcavüzə məruz qalmış dövlətlərin gənclərinin iştirakı ilə beynəlxalq konfransın təşkilini, 2011-ci ilin Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının fəaliyyətinin əsas istiqaməti kimi  Mübariz İbrahimov ili elan  edilməsini diqqətə çatdırıb.

O, Ermənistanın  qeyri-konstruktiv mövqeyinin davam etdirilməsi nəticəsində Azərbaycan torpaqlarının hələ də işğal altında olduğunu və bu baxımdan Azərbaycan gəncliyinin daim müharibəyə hazır olduğunu qeyd edib.

V.Qədirov özünü şiə-islam dövləti hesab edən İranın Azərbaycanın daxili işlərinə müdaxilə etməsini, Azərbaycan nə zaman öz torpaqlarını işğaldan azad edəcəyini bildirəndə İranın Ermənistan qədər narahat olduğunu, İranın işğalçı dövlətə bütün sahələrdə dəstək verdiyini, bunun İslam əxlaqına, şiə mənsəbinə  layiq olmayan bir addım olduğunu vurğulayıb.
Tədbirdə Təkamül və İnteqrasiya BİB-nin sədri Arzu Möhsümova, Zirvə Mədəniyyət və İncəsənət İctimai birliyinin sədri Şahin Qədirov,  III Sektor Gənclər Mərkəzinin sədri Səmayə Quliyeva, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri Aydınxan Əbilov Gənclər Günü ilə bağlı oz fikirlərini bölüşüblər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir