Modern.az

Nazirlik 8 əməkdaşı işdən çıxarıb, 116 işçiyə töhmət verib...

Nazirlik 8 əməkdaşı işdən çıxarıb, 116 işçiyə töhmət verib...

Təhsil

1 Fevral 2011, 18:17

Xəbər verildiyi kimi, cari il yanvarın 28-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2010-cu ilə dair fəaliyyətin yekunlarına həsr olunmuş Kollegiya iclası ke­çi­rilmişdi.

Fevralın 1-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov kollegiyada müzakirə olunmuş məsələlərlə bağlı nazirliyin Aparat işçilərinin, idarə rəislərinin iştirakı ilə toplantı keçirib. Bu barədə Modern.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, toplantıda nazir bildirib ki, Hökumətin ötən ilin nəticələrinə həsr olunmuş yığıncağında Prezident İlham Əliyevin qarşıya qoyduğu məsələlərə daha diqqətlə və məsuliyyət hissi ilə yanaşılmalı, ortaya çıxan problemlər operativ şəkildə həll olunmalı, əhaliyə göstərilən xidmətin səviyyəsi artırılmalıdır.  

Ayrı-ayrı sahələrdə hələ də müəyyən problemlərin mövcud olduğunu deyən nazir bildirib ki, ötən il vəzifələrinin icrası zamanı yol verdikləri nöqsanlara görə 6 nəfər işdən çıxarılıb, 116 nəfərə töhmət verilib, 34 nəfərin diqqətinə xəbərdarlıq çatdırılıb, 1 nəfərlə bağlı fəaliyyətində qanun pozuntusu aşkar edildiyindən hüquq mühafizə orqanlarına müraciət olunub. Daha 2 nəfər isə 2011-ci ildə vəzifəsindən azad edilib. Lakin, bütün bu radikal addımlara baxmayaraq, əhaliyə göstərilən xidmətin  səviyyəsinin yüksəldilməsi istiqamətində arzuolunan nəticəyə nail olunmayıb.

Nazir işlərin keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədi ilə xüsusi komissiyanın yaradılmasını, o cümlədən bir həftə ərzində əhalinin müraciətlərini yerində araşdırmaq üçün işçi qrupunun tədbirlər planının tərtib olunmasını tapşırıb.

İşinin öhdəsindən layiqincə gələ bilməyən əməkdaşlara qarşı bundan sonra daha ciddi tədbirlər görüləcəyini deyən nazir, vətəndaşların ünvanlı sosial yardım üçün müraciəti zamanı tələb olunan sənədlərin bir qədər də azaldılmasının vacibliyini bildirib və bununla bağlı təkliflərin hazırlanmasını tapşırıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat