Modern.az

Əl-Baradeyi: “Dialoq yalnız Mübarək ölkədən gedəndən sonra ola bilər”

Əl-Baradeyi: “Dialoq yalnız Mübarək ölkədən gedəndən sonra ola bilər”

1 Fevral 2011, 19:33

Misir müxalifətinin lideri Məhəmməd Əl-Baradey bəyan edib ki, yalnız Hüsnü Mübarək Misiri tərk etdikdən sonra hakimiyyətlə müxalifət arasında dialoq başlana bilər.  Modern.az “Əl-ərəbiyyə”yə istinadən bildirir ki, müxalifət lideri bu gün bəyan edib ki, etirazçılar dialoqa hazırdır: “Amma bu yalnız Mübarəkin ölkəni tərk etməsindən sonra başlaya bilər.

Mən inanıram ki, Misir sülhü gözləyir. Amma bunun üçün Mübarək ölkədən getməlidir. Əgər bu baş versə, böhranın tənzimlənməsi uğurla nəticələnəcək”.
Qeyd edək ki, Məhəmməd Əl-Baradeyi Misirin müvəqqəti hökümətini formalaşdırmağa razılığını verib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub