Modern.az

7 ayda Ukraynadan ölkəmizə 25 milyon dollarlıq siqaret idxal edilib

7 ayda Ukraynadan ölkəmizə 25 milyon dollarlıq siqaret idxal edilib

13 Avqust 2016, 22:29

Azərbaycan 2016-cı ilin yanvar-iyul ayları ərzində Ukraynadan 25 milyon dollar məbləğində siqaret idxal edib. Modern.az saytı "Report"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Fiskal Xidmətinin məlumatında bildirilir.

Məlumata görə, bu məbləğ Ukraynanın göstərilən dövr ərzində siqaret, siqar və papiros ixracının ümumi həcminin 16,99%-ni təşkil edib. Azərbaycan idxalçı ölkələr arasında üçüncü yeri tutub.

Siyahının birinci pilləsində Yaponiya (31,9 mln. dollar./ 22,02%), ikinci pilləsində isə Gürcüstan (27,5 mln. dollar./18,92%) qərarlaşıb.

Ukrayna 2016-cı ilin yanvar-iyul ayları ərzində 145 mln. 279 min dollar həcmində tütün məmulatları ixrac edib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?