Modern.az

“Vikiliks” saytı: “Ter-Petrosyan İrandan gələn narkotik qaçaqmalçığından gəlir əldə edib”

“Vikiliks” saytı: “Ter-Petrosyan İrandan gələn narkotik qaçaqmalçığından gəlir əldə edib”

Təhsil

2 Fevral 2011, 11:39

Nufuzulu sayt Ermənistanın iri məmurlarını narkotik alverində əli olduğunu bildiri

“Vikiliks” saytı ABŞ Dövlət Deprtamenti ilə bağlı daha bir bir informasiyanı açıqlayıb. Modern.az-ın məlumatına görə, bu dəfə diplomat yazışmalarını “Vikiliks” saytına istinadla Norveçin “Aftenposten” qəzeti yayımlayıb.
Bu sənədlər İrandan Avropaya ötrülən narkotiklərlə bağlıdır. ABŞ-ın Bakıdakı səfirliyi 2008-ci ildə Dövlət Departamentinə göndərdiyi məlumatda bildirir ki, İrandan gələn narkotiklər Azərbaycan-Gürcüstandan keçməklə Qara dənizə ötürülür. Qeyri qanunui marşrutlardan biri də işğal altında olan Qarabağ və Ermənistandır.
“ABŞ səfirliyi və Azərbaycan hakimiyyətinin rəsmiləri hesab edir ki, Ermənistanın yüksək rütbəli məmurları, o cümlədən bu ölkənin ilk prezidenti Levon Ter-Petrosyan İrandan ötürülən narkotiklərdən yaxşı qazanc götürüblər”-deyə teleqramda bildirlrir. Sənəd Dövlət Depratamentinə 26 sentyabr 2008-ci ildə göndərilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat