Modern.az

Ruhi xəstə qatarda sərnişinlərə hücum etdi

Ruhi xəstə qatarda sərnişinlərə hücum etdi

Aktual

16 Avqust 2016, 14:21

Almaniyadan olan ruhi xəstə əlində bıçaq Avstriyada qatar sərnişinlərinə hücum edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, 60 yaşlı cinayətkarın bu hərəkəti zamanı 17 və 19 yaşlı iki nəfər yaralanıb.

Qarın, kürək və boyunlarından xəsarət alan sərnişinlər ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Bundan əlavə,  polislərə hücum edən şəxsi saxlamağa yardım edən daha bir sərnişin yüngül yaralanıb.

Hücum çəkəni qatardan düşəndə saxlamaq mümkün olub. O, müqavimət göstərməyə cəhd göstərib, ancaq gözyaşardıcı qaz vasitəsilə neytrallaşdırılıb. Müstənqitlər hücum edənin hansısa terror təşkilatı ilə bağlılığının olub-olmadığını araşdırır. Onun mühacir olduğu və əsəb pozğunluğundan əziyyət çəkdiyi də məlumdur.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür