Modern.az

Hindistan aviaşirkəti Azərbaycana reyslər təşkil edəcək

Hindistan aviaşirkəti Azərbaycana reyslər təşkil edəcək

Aktual

16 Avqust 2016, 16:13

Hindistanın "GoAir" aviaşirkəti ölkə rəhbərliyindən 9 müxtəlif ölkəyə aviareyslər təşkil etmək barədə icazə əldə edib ki, bu ölkələr arasında Azərbaycan da var.

 

Modern.az xəbər verir ki, barədə Trend agentliyi məlumat verir.

 

Aviaşirkət Mumbayda yerləşir. Şirkətin uçmağa icazə aldığı ölkələr - Azərbaycan, İran, Çin, Vyetnam, Maldiv, Özbəkistan, Qazaxıstan, Qətər və Səudiyyə Ərəbistanıdır. Hindistan aviaşirkəti bu ölkələrə 2017-ci ilin mart ayından başlayaraq uçuşlar həyata keçirəcək.

 

Məlumatda o da qeyd olunur ki, "GoAir" Mumbay, yaxud Dehlidən Bakıya mütəmadi olaraq həftədə üç dəfə uçuş həyata keçirəcək.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!