DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən civə satdıqlarına görə tutulmuş Vüqar Heydərovun, Emin Dadaşovun və Səməd Mövlamovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onların, Gəncə şəhərində yaşayan Famil Qasımova civə satmaları müəyyən edilib. Bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.
DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Qasımov tutulub, ondan 5 kiloqram civə götürülüb.
Həyata keçirilmiş tədbirlər nəticəsində S.Mövlamovun həyətinə baxış zamanı əlavə olaraq 110 kiloqram civə aşkar edilərək götürülüb.
Modern.az