Modern.az

Putin Krıma getməyə hazırlaşır

Putin Krıma getməyə hazırlaşır

Aktual

16 Avqust 2016, 20:21

Rusiya prezidenti Vladimir Putin bu həftənin axırında Krıma gedəcək. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, səfərin həftənin beşinci günü baş tutması ehtimalı var.

Rusiya liderinin səfəri Federel Təhlükəsizlik Xidmətinin Krımda təxribatlar törətməyə hazırlaşan qrup üzvlərinin tutulmasından iki həftə sonraya təsadüf edəcək. Kremldə hesab edirlər ki, həmin şəxslər Ukrayna kəşfiyyatının nümayəndələridir.

Məlumatda qeyd edilir ki, Putin səfər zamanı yerli məmurlarla ünsiyyətdə olacaq, Sevastopol yaxınlığında yerləşən “Tavrida” gənclər düşərgəsinə baş çəkəcək.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar