Modern.az

Hüquq müdafiəçiləri toplaşdı

Hüquq müdafiəçiləri toplaşdı

16 Avqust 2016, 20:35

Bu gün İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü olan hüquq müdafiəçiləri - Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Səidə Qocamanlı, Zəlihə Tahirova, Eldar Zeynalov və Əvəz Həsənov ölkədə insan hüquqları üzrə vəziyyəti müzakirə etmək üçün görüş keçiriblər.

 

Hüquq müdafiəçisi Əvəz Həsənovun Modern.az saytına verdiyi məlumata görə, hüquq müdafiəçiləri Natiq Cəfərlinin həbsi və digər məsələləri müzakirə ediblər.

 

Görüşdə son həbslərlə bağlı vəziyyət təhlil olunub. Bildirilib ki, son aylar ərzində Azərbaycanda həbs olunmuş vətəndaş cəmiyyəti nümayəndələrinin azad olunması müsbət haldır, lakin son həbslər, xüsusən Natiq Cəfərlinin həbs olunması narahatlıqla qarşılanır.

 

Hüquq müdafiəçiləri beynəlxalq təşkilatlarla görüşlərin keçirilməsini, hüquq mühafizə orqanları ilə həbs olunanların işləri üzrə müzakirələrin aparılmasını planlaşdırıblar.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı