Modern.az

Bəxtiyar Hacıyevin məhkəməsi sabah davam edəcək

Bəxtiyar Hacıyevin məhkəməsi sabah davam edəcək

16 Avqust 2016, 21:03

Bu gün Yasamal rayon məhkəməsində gənc fəal Bəxtiyar Hacıyevlə Bakı şəhər Dövlət Yol Polisi əməkdaşlarının mübahisəsi ilə bağlı məhkəmə prosesi davam etdirilib. Modern.az saytı xəbər verir ki, Trend-in məlumatına görə, prosesdə şahid qismində məhkəməyə dəvət olunmuş taksi sürücüləri ifadə verən zaman mübahisə yaranıb.

Müttəhimin vəkili Adəm Məmmədov hadisə vaxtı ərazidə olan mühafizəçilərin məhkəməyə dəvət edilməsi barədə vəsadət qaldırıb və onun vəsadəti təmin olunub. Növbəti məhkəmə prosesi sabaha təyin olunub.

Bəxtiyar Hacıyev isə bildirib ki, bu gün 14 və 15 avqustda hadisə saatlarındakı görüntülər və 27-ci polis bölməsinin kamera görüntüləri məkəməyə təqdim olunub: “Bu gün məhkəməyə 6 disk gətirildi, onların arasında 14 avqust hadisədən əvvəlki və sonrakı görüntülər olsa da, hadisə görüntüləri yox idi. 27-ci bölmənin görüntüləri də yox idi. 15 avqust görüntülərində isə bir neçə saniyə görünür ki, orada YPX avtomobili dayanıb və adamlar toplaşıb, başqa heç nə görünmür”.

Qeyd edək ki, iki gün əvvəl Yasamal rayon Dövlət Yol Polisinin əməkdaşları B.Hacıyevin avtomobilini cərimə meydançasına aparıblar. Avqustun 15-də isə yol polisləri ilə B.Hacıyev arasında mübahisə olub. Mübahisə zamanı əraziyə gələn Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinin əməkdaşları B.Hacıyevi saxlayaraq bölməyə aparıblar. B.Hacıyevə qarşı İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir