Modern.az

Bakı-Tiflis dəmir yolunda vaqonlar relsdən çıxıb (fotosessiya)

Bakı-Tiflis dəmir yolunda vaqonlar relsdən çıxıb (fotosessiya)

Təhsil

2 Fevral 2011, 14:00

Bu gün gecə saatlarında Bakı-Tiflis dəmir yolu xətti ilə Gürcüstan istiqamətinə hərəkət edən yük qatarının  5 vaqonu Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində relsdən çıxıb. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Qərb bölgəsi üzrə nümayəndəsi Füzuli Kərimovun Modern.az-a bildirdiynə görə, hadisə nəticəsində ciddi xəsarət alan olmayıb, dəmir yolu xətlərinə, vaqonlara və ərazinin ekologiyasına elə də ciddi zərər dəyməyib. Hazırda qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar olaraq işlər aparılır. Qeyd edək ki, Bakıdan Tiflis istiqamətinə hərəkət edən qatarda mazut dolu çənlər olub.

 

 

 

 

 


Xaliq Qurbanov
Gəncə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat