Modern.az

Bəxtiyar Hacıyev 100 manat cərimə olundu

Bəxtiyar Hacıyev 100 manat cərimə olundu

17 Avqust 2016, 18:00

Bu gün Yasamal rayon Məhkəməsində yol polisi ilə mübahisə etməklə “xırda xuliqanlıqda” ittiham olunan  ictimai fəal Bəxtiyar Hacıyevin işinə baxılıb.

Modern.az-ın xəbərinə görə, bu barədə Bəxtiyar Hacəyev özü məlumat verib.

O bildirib ki, məhkəmənin qərarı ilə 100 manat cərimə olunub:

“100 AZN cərimə edildim. Yasamal rayon Məhkəməsi YPX-nin və 27-ci Polis bölməsinin bir neçə sutkalıq cəza istəməyini qəbul etməsə də, onların hazırladıqları yalançı şahidlərin ifadələri əsasında cərimə haqqında qərar qəbul etdi. Hadisə yerində olanlardan kimsə mobil telefonla çəkiliş edibsə, mənə göndərməyini xahiş edirəm. Apellyasiya və digər məsələlər üçün lazım ola bilər.

DYP ilə qalmaqalın arxasında mənim tərəfimdən xüsusi qərəz, məqsəd axtarmaq lazım deyil. Sadəcə olaraq, bu qurum və YPX əməkdaşları həm sürücüləri, həm piyadaları xüsusi canfəşanlıqla cərimələmək, onlarla kobud rəftar etmək, özlərini qeyri-insani aparmaqla bir çox köhnə SSRİ və geridəqalmış ölkələrin praktikasını yaşadırlar. Bizim yeganə istəyimiz bu təcrübələrin aradan qaldırılması, inkişaf etmiş ölkələrin praktikasının tətbiq edilməsi və əsas məsələ - vətəndaşın rahatlığı istiqamətində dəyişikliklərin edilməsidir.

Təsəvvür edin, yol ayrıcından 5 metr yox, 4 metr kənarda park etməyə görə 20 AZN cərimə edilir, ödəniş hər hansı bir səbəbə görə gecikdiyinə görə üzərinə faiz gəlir (dəbbə) və günün birində xəbərdarlıqsız filansız gecənin ortasında sürücü ailəsi, yoldaşı, uşaqları ilə birlikdə gedərkən onun şəxsi mülkiyyəti olan avtomobil məhkəmə qərarı olmadan "cərimə duracağına aparılmalıdır" deyilir və aparılır, sonra da təxliyyə (evakuator) və cərimə duracağında dayanmasına görə pul alınır. Faktiki olaraq 20 AZN cərimə 2 ay sonra heç bir məhkəmə qərarı, xəbərdarlıq olmadan bir icra orqanı tərəfindən 50-60 AZN-lik pul cəriməsinə, vətəndaşa kifayət qədər mənəvi ziyana səbəb olur.

Bunların vətəndaşın xeyrinə başqa mexanizmi yoxdurmu? Var. Sadəcə, tətbiq etmək istəsələr, hazırlayaq, göndərək”.

 

Ağa AKİFOĞLU

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?