Modern.az

"Mərkəz" qəzetindən görünməmiş yenilik...

"Mərkəz" qəzetindən görünməmiş yenilik...

2 Fevral 2011, 16:12

“Mərkəz” qəzeti yaxın günlərdə oxucularına yenilik təqdim etməyə hazırlaşır. Belə ki, qəzet həm dizaynında dəyişiklik edəcək, həm də indiyə qədər mətbuatda yenilik olaraq fərqli bir layihəyə start verəcək. Bu barədə Modern.az-a “Mərkəz” qəzetinin baş redaktor müavini Nicat Sadıxlı məlumat verib. Onun sözlərinə görə, qəzet Türkiyə təcrübəsindən yararlanaraq bundan sonra rəngli formatda nəşr olunacaq.

“Bir neçə istiqamətdə yeniliklər etmək istiyirik. Dizaynda son dövrlər müəyyən yeniliklər etmişik. Bu proses hazırda da davam edir. Dizaynda dəyişikliyə birdən-birə keçid də mümkündür. Amma biz bunu mərhələ-mərhələ etmək istəyirik. Çünki, alınıb-alınmamaq məsələsi var. Çox güman ki, alınacaq. Daha çox Türkiyə mətbuatının təcrübəsindən istifadə edirik. Dizaynla bağlı sonrakı mərhələdə rəngli formata kecmək planı var, hazıki addımlar bir növ ona hazırlıqdır”.

“Mərkəz” qəzeti eyni zamanda yenilik olaraq yeni layihəyə də start verəcək. Layihənin yeniliyi ondan ibarətdir ki, qəzetin baş redaktorunu ölkənin tanınmış insanları əvəz edəcək.
Azərbaycan mətbuatında heç vaxt belə bir şey olmayıb, biz onu tətbiq etmək istəyirik. Ölkənin müxtəlif sahələrində tanınmış insanları “Mərkəz” qəzetinə dəvət edəcəyik. Onlar, mümkün olsa, bir neçə gün, ya da bir gün qəzetə baş redaktorluq edəcəklər. Belə deyək, bizim baş redaktorumuz müvəqqəti olaraq istefa verəcək, dəvət olunan insanlar isə redaktoru əvəz edəcək”.

N.Sadıxlı artıq bu istiqamətdə müəyyən addımların atıldığını bildirib. Belə ki, artıq plan işlənib hazırlanıb və müxtəlif insanlarla qarşılıqlı razılıq əldə olunub.
“Kimin imkanı varsa, bir neçə gün, imkanı olmayanlar bir gün səhər tezdən-planlaşmadan tutmuş qəzet mətbəəyə gedənə qədər “Mərkəz”ə rəhbərlik edəcəklər. Mövzuları verəcəyik, onlar gün ərzində planlaşdırma üzrə işin gedişatına nəzarət edəcəklər. Necə ki, o biri baş redaktorlar bu işləri görürlər”.

N.Sadıxlının sözlərinə görə, bu layihənin əsas məqsədi müxtəlif sahənin insanlarının qəzeti necə gördüklərini öyrənməkdir.
“Biz bilmək istəyirik görək o insanlar “Mərkəz”qəzetini, qəzetdəki  manşeti necə görürlər. Birinci səhifəyə hansı materialları çıxarmaq istəyirlər. Həmin gün hansı mövzuların işlənməyini istəyərdilər. Düşünürəm ki, bu, oxucular üçün də maraqlı olar”.

Sədaqət SÜLEYMANOVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?